Gürcüstan parlamenti “xarici agentlər”lə bağlı qanunu rədd edib
10.03.2023
Gürcüstan parlamenti "Xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda rədd edib.
"DM" xəbər verir ki, parlamentin plenar sessiyasında keçirilən səsvermədə 112-deputat iştirak edib.
Onlardan 35-i qanunun əleyhinə, 1-i isə lehinə səs verib.