Gürcüstan parlamentinin iclası etiraz aksiyası fonunda keçiriləcək
10.03.2023
Gürcüstan parlamentinin saat 12:00-a təyin edilən iclası etiraz aksiyası fonunda baş tutacaq.
Ehtimallara görə, məsələlərdən biri də "Xarici təsirin şəffaflığı haqqında” layihəyə səsvermə olacaq.
Parlamentin özündə də təhlükəsizlik tədbirləri gücləndiriləcək - binaya giriş yalnız deputatlar və parlamentin mətbuat xidməti ilə əvvəlcədən razılaşdırılan akkreditasiyadan keçmiş jurnalistlər üçün mümkün olacaq.
Mənbə: Sputnik Gürcüstan