Qazaxıstanla Türkmənistan aviaəlaqəni bərpa edir
10.03.2023
Qazaxıstan və Türkmənistan COVID-19 pandemiyası ilə əlaqədar iki ölkə arasında dayandırılmış aviaəlaqəni martın 26-dan bərpa etmək niyyətindədir.
Bu barədə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, uçuşlar Almatı-Aşqabad marşrutu üzrə həftədə iki reys tezliyi ilə çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək.
"Aviaəlaqənin bərpası ölkələr arasında ticarət, biznes, turizm və mədəni əməkdaşlığın daha da inkişafına töhfə verəcək”, - deyə Qazaxıstan dövlət qurumunun məlumatında qeyd olunur.
Mənbə: TASS