İran beynəlxalq sərgiyə buraxılmayıb
09.03.2023
"Dünya Turizm Sərgisi” kimi tanınan Almaniya Turizm Sərgisi korona epidemiyası səbəbiylə üç illik gecikmə və məhdudiyyətlərdən sonra yenidən keçirilib.
Kult.az xəbər verir ki, İran bu əhəmiyyətli beynəlxalq sərgiyə buraxılmayıb.
Bu, İran hökumətinin Qərb ölkələri tərəfindən sanksiyalara məruz qalması ilə bağlıdır.