Nazir Zeynalovu müşavir təyin etdi
07.11.2018
Elçin Zeynalov Azərbaycan kənd təsərrüfatı nazirinin müşaviri təyin olunub.
Bu barədə Trend-ə nazirlikdən bildiriblər.
O, həmçinin nazirliyin Elm və İnnovasiyalar Mərkəzinə rəhbərlik edəcək.
Qeyd edək ki, E.Zeynalov 2013-cü ilin aprelindən İKT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsində işləyib.