Rişi Sunak: “Britaniya enerji keçidində Azərbaycanın əsas tərəfdaşı olacaq”
09.03.2023
Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubu oxunub.
"DM” xəbər verir ki, Baş nazirin məktubunda qeyd edilib ki, bu gün Azərbaycanın yaşıl enerji təşəbbüsü, enerjinin Qara dənizin dibi ilə ötürülməsi məsələsi çox vacibdir.
"Bundan sonra da Böyük Britaniya enerji keçidində Azərbaycanın əsas tərəfdaşı olacaq” - məktubda bildirilib.