Mərmərə sahillərində zəlzələ: İstanbulda da hiss olunub
09.03.2023
Mərmərə dənizi sahillərində 3,9 bal gücündə zəlzələ baş verib.
Zəlzələ Türkiyənin İstanbul, Bursa şəhərlərində və ətrafdakı digər vilayətlərində də hiss olunub.
AFAD-ın açıqlamasına görə, zəlzələnin episentri Bursa-Karacabəy ətrafında olub.
Yerli vaxtla saat 08:28-də meydana gələn zəlzələnin ocağının 7 kilometr dərinlikdə olduğu bildirilib.
Mənbə: A Haber