21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu geri götürüb

09.03.2023

Gürcüstanın hakim "Gürcü Arzusu” partiyası və "Xalqın günü” hərəkatı martın 7-də parlamentdə 1-ci oxunuşda qəbul edilmiş "xarici agentlər” haqqında qanunu geri çəkib.

"DM" xəbər verir ki, bu barədə "Gürcü Arzusu” partiyasının siyasi şurasının "Xalqın Gücü” ilə birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, "Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi ətrafında cərəyan edən siyasi proseslərlə əlaqədar tərəflər arasında məsləhətləşmələr aparılıb.

"Qəbul edilən qanun layihəsinin cəmiyyətdə fikir ayrılıqlarına səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə saxta "Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə ölkənin Avropa kursundan uzaqlaşması kimi qəbul edildi. Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb edə bildilər. Zorakılığa təmkin və ən yüksək standartlarla reaksiya verən qəhrəman hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirik. Biz ölkəmizdə sülh, əmin-amanlıq və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləməsinə diqqətli olmalıyıq. Ona görə də həmvətənlərimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır. Bütün yuxarıda deyilənləri nəzərə alaraq dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəlmişik”, - deyə bəyanatda bildirilib.