21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Naxçıvanda heç kimin kommunal borcu yoxdur

07.11.2018

Naxçıvan Muxtar Respublikası üzrə 2018-cı ilin oktyabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
"Dövran Media" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% və daha artıq nəticə ilə yerinə yetirilib.
Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.
Həmçinin Dövlət Energetika Xidməti üzrə 2018-ci ilin oktyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.
Qeyd olunub ki, oktyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 32 milyon 797 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 783 min 300 manat olub, cəmi 2 milyon 782 min 900 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.