Mövlud Çavuşoğlu İrana səfər edəcək
08.03.2023
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın vaxtda İrana səfər edəcək.
"DM"-nın verdiyi xəbərə görə, bu barədə, o, iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə İran tərəfi ilə energetika məsələsi daxil olmaqla, iqtisadi əlaqələrin genişlənməsini istəyir.
Bundan əlavə, Mövlud Çavuşoğlu Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdiyi dəstəyə görə İrana təşəkkür edib.