Ned Prays vəzifəsindən azad edilib
08.03.2023
"ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays vəzifəsindən azad edilib, o, ABŞ Xarici İşlər Nazirliyində yeni vəzifə tutacaq”.
Bu açıqlama ilə ABŞ Dövlət katibi Antoni Blinken çıxış edib.
O əlavə edib ki, Ned Praysı müvəqqəti olaraq onun hazırkı müavini Vedant Patel əvəz edəcək.
Məlumat üçün qeyd edək ki, Ned Prays sözügedən vəzifəni 2021-ci ildən icra edirdi.
Mənbə: State.gov