Qaribaşvili: Bizə dedilər ki, Saakaşvili agentdir
07.03.2023
Avropa Parlamentinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə dəstək verən qətnaməsi biabırçılıqdır.
"DM" xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
"Mən Avropa Parlamentinin bir neçə həftə əvvəl qəbul etdiyi biabırçı qətnaməyə münasibət bildirmək istəyirəm. Əslində, bu adamlar gürcü xalqına və bizə dedilər ki, Saakaşvili onların agenti, xidmətçisidir. AP deputatları sadəcə olaraq gürcü xalqının rəyi ilə maraqlanmırlar. Onları maraqlandırmır ki, bu centlmen əzir, işgəncələrə məruz qoyur, insanları öldürür, biznesə qarşı terror edir, media azadlığını tamamilə boğurdu”, - Qaribaşvili bildirib.
Qeyd edək ki, ötən ay Avropa Parlamenti Saakaşvilinin səhhətinin pisləşməsi və ölkə hakimiyyətinin buna qeyri-adekvat reaksiyası ilə bağlı qətnamə qəbul etmişdi.