İrəvanda hökumətin 14 üzvü yaralanıb
07.03.2023
İrəvanda Ermənistan hökumətnin nümayəndələrini daşıyan "Hunday” avtobusu qəzaya uğrayıb.
"DM" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, "Hunday” avtobusilə BMV avtomobili səhər saatlarında Melkonyan prospektində toqquşub. Toqquşmadan sonra avtobus yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində 14 nəfər yaralanıb. Yaralılar İrəvandakı xəstəxanalara çatdırılıblar. Onlardan 3-nün vəziyyəti çox ağırdır.