Xankəndidən daha 9 xəstə İrəvana aparılıb
07.03.2023
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə doqquz xəstə Xankəndidən Ermənistanın tibb mərkəzlərinə köçürülüb.
"DM" xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, Laçın yolunda aksiya başlayandan indiyədək Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 153 xəstə Xankəndidən Ermənistana aparılıb.