ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Ermənistana gedib
07.03.2023
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistana gedib.
"DM" xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Lui Bono İrəvanda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, Lui Bono ötən gün Bakıda səfərdə olub.