10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Nyu-Yorkda tarixi bina Türkiyə bayrağının rənglərinə boyanıb - FOTO

07.03.2023

ABŞ-nin Nyu-York ştatında yerləşən "Empire State Building” binası Kahramanmaraşda baş verən zəlzələlər səbəbilə Türkiyə bayrağının rəngləri ilə işıqlandırılıb.

Tarixi bina fevralın 6-da Türkiyədə baş verən təbii fəlakətdə həyatını itirənlərin xatirəsini yad etmək və sağ qalanlara dəstək olmaq məqsədilə qırmızı və ağ rənglərə boyanıb.

Bu barədə bina rəhbərliyi "Twitter” səhifəsində paylaşım edib.

"6 fevralda baş verən faciəvi zəlzələnin qurbanlarına dəstək olmaq üçün "Empire State” binası bu gecə qırmızı və ağ rənglərlə parlayacaq”, - deyə paylaşımda qeyd edilib.

Mənbə: Haber Global