Baş Qərargah: Baxmutun müdafiəsi davam etdiriləcək
06.03.2023
Ukrayna Prezidenti Vladimir Zelenski Baş Qərargahın növbəti iclasını keçirib və Baxmutun müdafiəsinin davam etdirilməsi qərara alınıb.
"DM" "Unian"a istinadən xəbər verir ki, bu barədə Prezidentin Ofisi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, iclas zamanı qoşunların əməliyyat-strateji qruplaşmalarının komandirləri cəbhənin əsas istiqamətlərində vəziyyət barədə məruzə ediblər.
Qeyd olunub ki, Baş Qərargah üzvləri Baxmutdakı vəziyyəti tam təfərrüatı ilə nəzərdən keçiriblər.
İclasın nəticəsi olaraq, şəhərin müdafiəsi üçün döyüş əməliyyatlarının davam etdirilməsi və Ukrayna ordusunun Baxmutdakı mövqelərinin daha da gücləndirilməsi qərarı qəbul edilib.