Ukrayna ordusu Rusiya ərazisini vurub
06.03.2023
Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin Xomutov rayonu ərazisini atəşə tutub.
"DM" xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt məlumat verib.
"Hazırda Ukrayna ordusu Xomutov rayonunun sərhədyanı ərazisini atəşə tutur. Atəş nəticəsində elektrik təminatı obyektləri dağılıb və İskra kəndi işıqsız qalıb”, - qubernator bildirib.