KİV: Cənubi Koreya və ABŞ aviasiyası birgə hərbi təlimlər keçirib
06.03.2023
Cənubi Koreyanın Hərbi Hava Qüvvələri (HHQ) ABŞ-a məxsus strateji bombardumançı təyyarənin iştirakı ilə təlimlər keçirib.
"DM" xəbər verir ki, bu barədə "Yonhap” mənbələrə istinadən bildirib.
Qeyd olunub ki, Seul Şimali Koreyanın təxribatlarından ehtiyat edir və ABŞ-a məxsus "B-52H” bombardumançı təyyarənin iştirakı güc nümayişi kimi şərh edilir.
O da əlavə olunub ki, təlimlərdə Cənubi Koreyaya məxsus F-15K qırıcıları və ABŞ-ın A-10 hücum təyyarələri daxil olmaqla, ümumilikdə 10 təyyarə iştirak edir.