İstanbulda terror törətməkdə şübhəli bilinənlərin məhkəmə tarixi açıqlanıb
06.03.2023
İstanbulun İstiqlal küçəsində terror aktını törətməkdə şübhəli bilinənlərin məhkəməsinin tarixi bəlli olub.
"DM"-nın verdiyi xəbərə görə, onların məhkəmə prosesləri İstanbulun 13-cü Ağır Cəza Məhkəməsində Mayın 9, 10 və 11-də baş tutacaq.
Qeyd edək ki, sözügedən cinayət işi üzrə 36 şəxs günahlandırılır.
Məhkəmə tərəfindən qəbul olunan iddianamədə bombanı İstiqlal küçəsinə yerləşdirən şübhəli Əhlam Əlbəşirə 7 dəfə ağırlaşdırılmış ömürlük və 1949 il 6 aydan 3 min 9 ilə qədər həbs cəzası istənilir.
Terror təşkilatı rəhbərlərindən biri Cəmil Bayık da daxil olmaqla, digər şübhəlilərə isə 7 dəfə ağırlaşdırılmış ömürlük həbs və 3 min 16 il 6 aya qədər həbs cəzası istənilir.