21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya ilə Çin “ dostluğu”nun səbəbi

06.11.2018

ABŞ-ın Moskva və Pekinə qarşı sanksiyaları, eləcə də Trampın Çinlə başlatdığı ticarət müharibəsi Rusiyanı Çinlə yenidən müttəfiq edir.
"Dövran Media" xəbər verir ki, bunu "Blumberq” agentliyi açıqlamasında amerikalı ekspert Anjela Stent deyib.
"Rusiyanın Çinlə münasibətləri SSRİ-nin son prezidenti Mixail Qorbaçovun dövründən başlayır. Amerikanın siyasəti sayəsində 2014-cü ildən etibarən Rusiya və Çin arasında yaxınlaşma daha da sürətlənib”, – deyə o bildirib.
Agentliyə açıqlama verən Çin parlamentinin Beynəlxalq Məsələlər Komitəsinin sədri Fu Un isə bu iddialarla razılaşmayıb. O, Rusiya tərəfindən Çinə heç bir təhdidin olmadığını deyib:
"Biz çiyin-çiyinə olanda özümüzü rahat hiss edirik. Çin və Rusiya arasında dostluq ABŞ-a görə başlamayıb və Vaşinqton öz xarici siyasətini dəyişdikdə belə bu dostluq bitməyəcək”.
"Blumberq” məqaləsində həmçinin Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasında da bir-birini müdafiə etdiyini bildirib. Belə ki, məhz bunun sayəsində iki ölkənin ABŞ-ın planlarını məhv etməyi bacardıqları vurğulanıb:
"Bu iki ölkə üçün yeganə qurban Vaşinqton deyil. Hindistan da uzun illər ərzində Rusiyanın yardımları ilə Çin və Pakistan təsirinə qarşı balans yaradıb. Hazırda Hindistan Moskvanın Pekinin təsir dairəsinə düşməsində qorxur. Moskva artıq Çin-Pakistan qırıcıları üçün mühərriklərin tədarükünə izn verib.
Hindistan üçün hazırda sərfəli olan Rusiya ilə Qərbin barışmasıdır. Bunun sayəsinə Çin təhdidini ortadan qaldırmaq mümkün ola bilər”.