21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İskenderunda dənizin səviyyəsi yüksəlib: Yollar su altında qalıb - FOTO/VİDEO

06.03.2023

Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda dənizin səviyyəsi qalxıb.

Nəticədə bəzi küçə və yollar su altında qalıb.

Bu barədə Meteorologiya Baş İdarəsinin "Twitter” hesabında məlumat verilib.

Məlumata görə, gecə saatlarında bölgədə fırtına başlayıb və bu səbəbdən dənizdə suyun səviyyəsi yüksəlib.

Bir neçə yüz metr məsafədə daşqın baş verib. Atatürk abidəsinin ərazisi və Atatürk küçəsi su altında qalıb, yaxınlıqdakı küçələrdə də problemlər meydana gəlib.

Kahramanmaraşda baş verən zəlzələlər səbəbilə İskenderunun bəzi bölgələrində çat və çuxurların yarandığı küçələr polis qrupları tərəfindən təhlükəsizlik lenti ilə bağlanıb.

Həmçinin dənizin yüksəlməyə başladığı saatlarda İskenderun körfəzi sahillərində saat 23:49-da baş verən 4,5 bal gücündə zəlzələ də təşvişə səbəb olub.