ABŞ-nin Qafqaz üzrə baş məsləhətçisi Azərbaycana gəlib
06.03.2023
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Bakıya səfəri çərçivəsində Luis Bono bir sıra dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.
ABŞ diplomatı, həmçinin Ermənistan və Gürcüstana da səfər edəcək.