21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hökumət: Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

03.03.2023

Almaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyir.

Bu barədə  Almaniya hökumət sözçüsünün müavini Volfqanq Büşner ötən gün Berlində Almaniya Kansleri Olaf Şoltsun Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında fikirlərinə aydınlıq gətirərkən bildirib.

"Kansler dünən Ermənistanın Baş naziri Paşinyanla görüşüb. Bölgədən bizə müraciət edildi ki, yenidən Dağlıq Qarabağla bağlı federal hökumətin mövqeyini təqdim edək. Federal hökumətin mövqeyi dəyişməyib. Almaniya Ermənistan və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sadiq qalır. Almaniya Ermənistan və Azərbaycanı mübahisəni dinc yolla həll etməyə çağırır”, - o vurğulayıb.

Qeyd edib ki, Almaniya üçün hər iki ölkədə sakinlərin haqlarına və azlıqların hüquqlarına beynəlxalq normalara və götürülmüş öhdəliklərə uyğun olaraq hörmət edilməsi vacibdir.

"Federal Hökumət Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin səylərini açıq şəkildə dəstəkləyir”, - Volfqanq Büşner əlavə edib.