05 04 2025-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

İlham Əliyev qatar qəzası ilə bağlı Yunanıstan dövlət başçısına başsağlığı verib

03.03.2023

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropuluya başsağlığı verib.

"DM" xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli xanım Prezident,

Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.