Əkrəm İmamoğlu prezident seçkilərində namizəd olmayacaq
03.03.2023
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mayın 14 keçirilməsi gözlənilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair şayiələrə münasibət bildirib.
"DM" xəbər verir ki, Əkrəm İmamoğlu Halk TV-də çıxışı zamanı deyib ki, onun namizədliyi məsələsi gündəmdə yoxdur.
"Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur. Bütün CHP-lilərin namizədi başqandır. Mənim namizədim də başqandır”, - İmamoğlu məsələni şərh edərkən deyib.
Qeyd edək ki, CHP-nin də daxil olduğu "Altılı masa” adlı müxalif koalisiya martın 2-si vahid namizədinin adını açıqlaya bilmədi, yekun qərarın martın 6-da veriləcəyi gözlənilir.