21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İki dövlət proqramının qəbulu təklif olunur

03.03.2023

"Ahıl vətəndaşların sosial hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı” və "Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın hazırlanması təklif olunur.

"DM" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə ahıl şəxslərin sosial-hüquqi müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədilə "Ahıl vətəndaşların sosial hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı”nın qəbul edilməsi təklif edilir.

Eyni zamanda sənəddə BMT-nin "Biznes və insan hüquqları üzrə rəhbər prinsiplər”ini və "Biznes və insan hüquqları üzrə Milli Fəaliyyət Proqramlarına dair Təlimat”ını, eləcə də bu sahədə xarici ölkələrin müsbət təcrübəsini nəzərə alaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsini, hüquq-müdafiə vasitələrinin daha əlçatan olmasını təmin etmək, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədilə "Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın hazırlanması və qəbul edilməsi təklif edilib.