Makrondan şok: ABŞ-dan müdafiə olunmalıyıq
06.11.2018
Fransa Prezidenti Emmanuel Makron ABŞ-dan müstəqil olan ümumavropa ordusunu yaratmağı təklif edib.
"Dövran Media" xəbər verir ki, bunu o, "Avropa 1” radiosunda çıxışı zamanı deyib.
"Biz əgər əsl ümumavropa ordusu qurmasaq, avropalıları qoruya bilməyəcəyik. Bizim özünü ABŞ-sız qoruya bilən Avropamız olmalıdır. Hazırda Avropa özünün daxili demokratik prosesləri və kibertəhlükəsizliyinə çoxsaylı müdaxilə cəhdləri ilə üz-üzə qalıb. Biz Çin, Rusiya və hətta ABŞ-dan belə müdafiə olunmalıyıq”, – deyə o bildirib.