Ərdəbildə etiraz aksiyası keçirilib
03.03.2023
Martın 2-si gecə saatlarında Ərdəbil şəhərinin bir neçə yerində vətəndaşlar etiraz aksiyaları keçiriblər.
"DM" xəbər verir ki, Ərdəbil sakinləri martın 1-də məktəblərdə 400 şagirdin zəhərlənməsinə etiraz ediblər.
Qadın və qızların daha çox fəal olduğu aksiyada Əli Xamenei və hökumət əleyhinə şüarlar səsləndirilib.