Zirvə görüşünün iştirakçılarının şərəfinə ziyafət verilib
02.03.2023
Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verilib.
"DM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.