Qazaxıstanda qlobal problemlərlə bağlı beynəlxalq forum keçiriləcək
02.03.2023
İyunda Astanada beynəlxalq forumu keçiriləcək.
"DM" xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumiş Bakıda keçirilən Qoşulmama Hərəkatının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 8-9 iyunda Astanda baş tutacaq foruma Qazaxıstan Prezidenti sədrlik edəcək.
Forumda iqlim dəyişikliyi, ərzaq böhranı və enerji təhlükəsizliyi kimi qlobal problemlər müzakirə olunacaq.
Qazaxıstanlı rəsmi QH təmsilçiliyini də Foruma dəvət edib.