21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Bloomberg": İranın bu perspektivi İsrailin zərbə qərarını sürətləndirəcək

02.03.2023

İsrail rəsmiləri İranın Rusiyadan qabaqcıl hava hücumundan müdafiə (HHM) sistemləri əldə etməyə çalışmasını Tehranın nüvə proqramına zərbə endirilməsi imkanlarının daralması kimi qiymətləndirir.

"DM" xəbər verir ki, bunu aparılan müzakirələrdən xəbərdar olan ABŞ və İsrail mənbələri "Bloomberg"ə bildiriblər. Qeyd olunub ki, İranın Rusiyadan S-400 zenit-raket kompleksi sistemlərini əldə etmək perspektivi mümkün hücumla bağlı qərar qəbul edilməsini sürətləndirəcək.

"Rusiya silah sistemlərini tədarük edəcəyini açıq şəkildə bildirməyib, lakin Moskva və Tehran Rusiyanın Ukraynaya hücumundan sonra yaxınlaşıblar. İranın S-400 sistemlərini tam işlək vəziyyətə gətirməsi 2 ildən az çəkə bilər”, məlumatda deyilir.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ötən həftə İrana zərbə endirmək imkanlarının gözlədikdə daha da çətinləşdiyini deyib:

"Biz çox uzun gözləmişik. Mən sizə deyə bilərəm ki, hakimiyyətim dövründə İranın nüvə silahları əldə etməsinin qarşısını almaq üçün hər şeyi əldə edəcəyəm”, - deyə Netanyahu bildirib.