Podolyak: Bryansk vilayətindəki diversiya xəbəri təxribatdır
02.03.2023
Rusiyanın Bryansk vilayətinə Ukrayna diversiya qrupunun daxil olması barədə deyilənlər təxribatdır.
"DM" xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.
"Rusiyanın Ukrayna diversiya qrupu ilə bağlı hekayəsi - klassik və düşünülmüş bir təxribatdır", - Podolyak bildirib.