RSK avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət ediblər
02.03.2023
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 15 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"DM" xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.