21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kubanın vitse-prezidenti Azərbaycan hökumətinə təşəkkür edib

02.03.2023

"Azərbaycan hökumətinə bu vacib görüşü təşkil etdiyi üçün minnətdaram”.

"DM" xəbər verir ki, bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa deyib.

O, pandemiyadan sonrakı bərpa dövrünün mürəkkəb vəzifə olduğunu bildirib.

"Pandemiya dövründə çox sayda insan həyatını itirdi ki, bu qlobal səviyyədə ağır itkidir. Pandemiyadan sonra ölkələr maliyyə çətinlikləri ilə üzləşib”, o əlavə edib.

Salvador Antonio Valdes Mesa qeyd edib ki, xüsusilə də Kuba illərdir üzləşdiyi maliyyə blokadasına görə çətinliklərlə üzləşib:

"Ancaq bütün bu çətinliklərə baxmayaraq, Kuba 5 vaksin ayırdı, əhalimizin 93 faizi vaksinasiya olundu və bu ən yüksək göstəricilərdən idi. Biz blokadalara görə yaratdığımız vaksini ixrac edə bilmədik. Biz pandemiya dövründə müxtəlif ölkələrə tibb dəstək, həkimlər göndərdik”.

Vitse-prezident QH ölkələrini platforma çərçivəsində qabiliyyətlərin inkişafı ilə bağlı mexanizmin yaratmağa çağırıb.

"Kuba inkişaf etməkdə olan ölkələrin maraqlarını hər zaman müdafiə edəcək”, - o vurğulayıb.