Mirziyoyev: “Azərbaycanın sədrliyi dövründə təşkilatın nüfuzu artıb”
02.03.2023
"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın beynəlxalq aləmdə nüfuzu kəskin şəkildə artıb”.
"DM”nın xəbərinə görə, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə deyib.
O, Bakı şəhərində göstərilən səmimi münasibətə və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.