Paşinyan Almaniyaya gedib
02.03.2023
Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyaya işgüzar səfərə gedib.
"DM" xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
"Ermənistanın baş naziri və Almaniya kanslerinin görüşü planlaşdırılıb. Martın 2-də Paşinyan Almaniyanın Xarici Əlaqələr Şurasında olacaq. Martın 3-də isə o, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşəcək”,- məlumatda deyilib.