Hacı Şahin ilə vida mərasimi keçirilir-CANLI YAYIM
02.03.2023
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri açıqlanıb.
"Əjdərbəy” məscidinin icma sədri, hacı Həmdüllah Babayev bildirib ki, o, "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
H.Babayev qeyd edib ki, dəfn mərasimi saat 15:00-da planlaşdırılır.
Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.