Rusiya START müqaviləsindən çıxmaqla bağlı ABŞ-a nota təqdim edib
01.03.2023
Rusiya dünən ABŞ-a "Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakının dayandırılmasına dair rəsmi nota təqdim edib.
"DM" xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov deyib.
Qeyd edək ki, 28 fevralda Rusiya Prezidenti Vladimir Putin ölkəsinin START-3 müqaviləsində iştirakının dayandırılmasını təqdiq edən qanun imzalayıb.