BMT Baş Assambleyasının prezidenti bu gün Azərbaycana gəlir
01.03.2023
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə bu gün Azərbaycan gəlir.
"DM" xəbər verir ki, Çaba Koroşi bu barədə "Twitter" hesabında məlumat verib.
"BMT-nin İnsan Haqları Mərkəzinə son dərəcə məhsuldar səfərimdən sonra İsveçrədən ayrılıb Azərbaycana gedirəm. Qonaqpərvərliyə görə İsveçrə xalqına minnətdarlığımı bildirirəm", - BMT rəsmisi bildirib.