Azərbaycanda nazirin iki müavini işdən çıxarılıb - FOTO
01.03.2023
Mədəniyyət nazirinin iki müavini vəzifəsindən azad edilib.
"DM" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla nazirin birinci müavini Vaqif Əliyev və nazir müavini Sevda Məmmədəliyeva işdən çıxarılıb.
Qeyd edək ki, Vaqif Əliyev 2011-ci ildən nazirin birinci müavini, S.Məmmədəliyeva isə 1999-cu ildən nazir müavini olub.
Mədəniyyət Nazirliyindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, xəbəri ilk "Qafqazinfo” yayıb.