Rusiya MN: "Ukrayna Krıma PUA-larla hücum edib"
01.03.2023
Ukrayna Silahlı Qüvvələri Krım yarımadasına PUA-larla hücum edib.
"DM” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov məlumat verib.
O bildirib ki, hücumun qarşısı alınıb:
"Ümumilikdə 10 PUA məhv edilib”.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, müharibə Krımın azad olunması ilə başa çatacaq.
Xatırladaq ki, Krım 2014-cü ildə işğal edilib.