İran iki alman diplomatı ölkədən qovub
01.03.2023
İran Berlinin Tehranın daxili işlərinə qarışması ilə bağlı iki alman diplomatı arzuolunmaz şəxs elan edib.
"DM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xarici İşlər Nazirliyinin sözçüsü Kənani Almaniya hökumətinin İslam Respublikasının daxili, xüsusən də məhkəmə işlərinə müdaxiləçi və məsuliyyətsiz hərəkətlərindən sonra iki alman diplomatın arzuolunmaz şəxs kimi ölkədən çıxarıldığını açıqlayıb”, - məlumatda qeyd olunub.