Pualyevr: SEPAH Kanadadan çıxarılır
01.03.2023
Biz SEPAH agentlərinin Kanadadan çıxarılmasını təmin edəcəyik.
"DM" xəbər verir ki, bunu Kanadanın Mühafizəkarlar Partiyasının lideri Pyer Pualyevr ”İran İnternational”a müsahibəsində bildirib.
"Biz polisin, Kəşfiyyat və Təhlükəsizlik Təşkilatının və Kanadanın digər təhlükəsizlik qurumlarının köməyi ilə SEPAH-la əlaqəli insanları müəyyən edərək, Kanada torpaqlarından deportasiya olunmalarını təmin edəcəyik.
Biz SEPAH-a hər hansı yardımı cinayət hesab edirik. SEPAH agentləri terrorçuları dəstəkləyir və Kanada vətəndaşlarını təhdid və təqib edir”, - Pualyevr deyib.