İranda daha 37 şagird şübhəli şəkildə zəhərlənib
01.03.2023
Fevralın 28-də Tehranın Pərdis bölgəsində yerləşən "Xəyyam" qız məktəbində daha 37 şagird zəhərləndikləri üçün xəstəxanaya yerləşdiriliblər.
"DM" xəbər verir ki, bu barədə Pərdisin İcra Hakimiyyətinin başçısı Rza Kərimi Saleh açıqlama verib.
O, zəhərlənmə hadisəsinin şübhəli olduğunu və polis tərəfindən araşdırıldığını deyib.
Qeyd edək ki, bu, son bir neçə həftə ərzində İranın bir neçə şəhərində baş verən və yüzlərlə şagirdin zəhərlənməsi ilə nəticələnən hadisələrdən biridir.