Heydər Əliyev Beynəlxalq Hava limanı dünyanın ən qeyri-adi aeroportları sırasında
05.11.2018
"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, ,Heydər Əliyev Beynəlxalq Hava limanı dünyanın 3 ən qeyri-adi aeroportları sırasına daxil olub.Bu barədə "Hi-Tech” nəşrinin məqaləsində deyilir.
Qeyd olunur ki, Azərbaycanın əsas hava limanı həm də MDB-nin ən iri aeroportlarından biridir və öz qeyri-adi forması ilə qanadları xatırladır.
Məqalədə o da bildirilir ki, bu ilin mayında Heydər Əliyev Beynəlxalq Hava limanı "Skytrax World Airport Awards” tərəfindən beş ulduza layiq görülüb.
Həmin reytinqdə birinci yerdə Sinqapurun Çanqi aeroportu, ikinci yerdə isə BƏƏ-nin Dubay aeroportu qərarlaşıb.