İran Azərbaycanşünaslıq Mərkəzini bağlayıb
01.03.2023
İran hökuməti Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılmasına qərar verib və mərkəzin üzvlərinə qarşı təzyiqləri artırıb.
"DM" xəbər verir ki, bu barədə mərkəzin sosial media hesabında məlumat verilib.
Məlumata görə, mərkəzin Təbrizdən olan iki üzvü, tələbə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs ediliblər.
"Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir", - paylaşımda qeyd edilib.