21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Miqrantların Rusiyada qısamüddətli qalması məhdudlaşdırıla bilər

01.03.2023

Əcnəbilərin Rusiyada qısamüddətli qalma müddəti təqvim ili ərzində 90 günlə məhdudlaşdırıla bilər.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

"Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına giriş (çıxış) və qalma (yaşayış) şərtləri haqqında” federal qanun layihəsi xarici vətəndaşların Rusiya Federasiyasının ərazisində vahid qısamüddətli qalma müddətini təqvim ili ərzində 90 gün müəyyən edilməsini nəzərdə tutur.

Daxili İşlər Nazirliyi qeyd edib ki, uzunmüddətli qalmaq hüququ olan əcnəbilər (tələbələr, əmək miqrantları) üçün qalma müddəti belə hüququn əldə edilməsinin əsaslarından asılı olaraq müəyyən ediləcək.

Mövcud qanunvericiliyə görə, Rusiyaya viza tələb etməyən qaydada gələn əcnəbi vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalma müddəti hər 180 gün (altı ay) ərzində ümumilikdə 90 gündən çox ola bilməz. Bu kateqoriyadan olan əcnəbilərin Rusiyada daimi müvəqqəti qalma müddəti də 90 günü keçə bilməz.

2022-ci ilin sentyabrında sözügedən qanun layihəsi Rusiya hökumətinə təqdim edilib. Hazırda Rusiya Federasiyası hökumətinin aparatında onun yekunlaşdırılması istiqamətində iş aparılır.

Mənbə: TASS