Hoces:Ukrayna əvvəlcə Krımı götürməlidir
28.02.2023
Ukrayna bu il əvvəlcə Krımı, sonra isə Donbası azad etməlidir.
"DM" xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.
Onun sözlərinə görə, Ukraynanın Krımın azad olunması ilə bağlı hərbi kampaniyasını istisna etmək olmaz:
"Qərb ölkələri Ukraynanı lazım olan bütün silahlar, ilk növbədə, uzaqmənzilli raketlərlə təmin edərsə, Kiyev yayın sonuna qədər Krımı ələ keçirə biləcək”, - Hoces bildirib.