Zəngilanın Ağalı kəndinə daha 10 ailə köçürülüb
28.02.2023
Zəngilan rayonunun işğaldan azad edilərək yenidən qurulan Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi reallaşıb.
"DM" xəbər verir ki, bu gün səhər saatlarında Bakı və Sumqayıt şəhərlərindən yaşamaq üçün Zəngilanın Ağalı kəndinə yola düşən 50 nəfərdən ibarət 10 ailə mənzil başına çatıb.
Növbəti köç prosesi isə mart ayının 3-də baş tutacaq. Həmin gün 44 nəfərdən ibarət 10 ailə də köçkünlük həyatına son qoyacaq.
Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb.